Xarici diplomatlar Ağalı kəndində olublar - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun və 10 təşkilatın nümayəndələri Zəngilan rayonunun Ağalı kəndində olublar.
BAKU.WS “report”a istinadən xəbər verir ki, səfər zamanı qonaqlara kənd haqqında ətraflı məlumat verilib.
“Bu ağıllı kənd ötən il salınıb. Hazırda kənddə 420 nəfər yaşayır. Kənd “smart village” (ağıllı kənd) konsepsiyası əsasında salınıb, yəni ən müasir texnologiyalardan istifadə olunub.
Bu yanaşma Dayanıqlı İnkişaf Məqsədlərinə tam uyğundur”, - Azərbaycan Prezidentinin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.
O, həmçinin əlavə edib ki, günəş enerjisindən istifadə Ağalı kəndində həyatın bütün sahələrini əhatə edir.
Qalereya
Oxşar xəbərlər
Prezident və birinci xanım Zəngilanda “Ağıllı kənd”in açılışını etdilər
Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. BAKU.WS xəbər verir ki, Azərbaycan preziden...