Türkiyəyə xaricdən gətirilən telefonlarla bağlı YENİ QAYDA: 180 gün ərzində...
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə xaricdən gətirilən telefonlar üçün yeni dövr başlayır.
BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, yeni qərar elan edilib.
Rəqəmsal Transformasiya İdarəsi yeni tətbiqin xaricdən gətirilən mobil telefonlarda başladığını açıqlayıb.
2024-cü ilin yanvar ayı etibarilə xaricdən Türkiyəyə gətirilən telefonların qeydiyyatı üçün 31 min 692 lirə rüsum alınır.
Yeni qərarda resumun dəyişdirilməsi nəzərdə tutulmayıb. Xaricdən gətirilən mobil telefonların Türkiyədə qeydiyyatsız istifadə müddətini tənzimləyir.
Normalda xaricdən gətirilən telefonlar Türkiyədə 120 gün istifadə oluna bilirdi. Yeni qərarda bu müddətin uzadılması qeyd olunub.
Xaricdə yaşayan və özləri ilə mobil cihaz gətirən vətəndaşlarımız Elektron Hökumət vasitəsilə 120 günlük qeydiyyatsız cihazdan istifadə müddətini 30 gün olaraq iki dəfəyə məxsus 180 günə qədər uzada bilərlər.
Oxşar xəbərlər
“Survivor All Star 2024” yarışçıları nə qədər qazanırlar?
“Survivor 2024” yarışçılarının həftəlik maaşları maraq doğurub. Bir çox rəngarəng simaların qatıldığı “Survivor”da yarışçıların epizod başına ödənişləri barədə...