Xankəndi və Xocalıda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib
20
yan
2025
12:25
Azərbaycanın işğaldan azad olunmuş Xankəndi şəhəri və Xocalı rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, saat 12:00-da şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq nəqliyyatın və piyadaların hərəkəti bir dəqiqəlik dayandırılıb.
Eyni zamanda Xankəndi şəhəri və Xocalı rayonu ərazisində hərəkət edən avtomobillər səs siqnalları verib, Azərbaycan xalqının başına gətirilən faciəni anıblar.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti: Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi
Bizim şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi. BAKU.WS xəbər verir ki, bu fikri Prezident İlham Əliyev...