Xamenei Tehranda bunkerə aparılıb
16
iyn
2025
20:07
İranın ali rəhbəri Əli Xamenei İsrailin hücumlarından bir neçə saat sonra Tehranın şimal-şərqində yerləşən Lavizan rayonundakı bunkerə aparılıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Iran International" İrandakı iki ayrı mənbəyə istinadla məlumat yayıb.
Bildirilir ki, Xameneinin ailə üzvləri də onun yanındadır. Hadisə iyunun 13-də səhər saatlarında baş verib.
Mənbələrdən biri iddia edib ki, Xamenei əməliyyatın ilk gecəsində öldürülə bilərdi, lakin onu sağ saxlayıblar. Məqsəd isə İranın uran zənginləşdirmə proqramını dayandırmaq barədə qərar verməsinə nail olmaq olub.
Oxşar xəbərlər
Pezeşkianla Mirzoyan TRIPP layihəsini müzakirə ediblər
İran Prezidenti Məsud Pezeşkian Tehranda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul edib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ölk...