“Xalqımızdan xahiş edirəm, məni başa düşsünlər” - Rusiyada məşhurlaşan azərbaycanlı müğənni
Yeniliklərdən dərhal xəbərdar olun
“Mənim dəyərli Azərbaycan xalqım, bildiyiniz kimi ölkəmizdə yaranmış vəziyyətlə bağlı paylaşımlar edib bacardığım qədər ölkəmizin haqlı mübarizəsini dünyaya çatdırıb dəstəkləmişəm.
Lakin 10 gündən artıqdır ki, işimlə bağlı paylaşımlar etmirəm. Hər nə qədər istəməsəm də, sənətimlə bağlı buna məcburam”.
BAKU.WS xəbər verir ki, bu sözləri Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Jony (Cahid Hüseynli) sosial şəbəkə hesabında paylaşıb. O, 2 milyonluq səhifəsində ölkəmizə dəstəyini belə ifadə edib:
”Xalqımızdan xahişim budur ki, məni başa düşsünlər, bu, mənim işimdir. Hər qarış torpağımızın işğaldan azad olunduğu xəbərini eşitdikdə şiddətli sevinc hissi ilə yanaşı qürur hissi də yaşayıram ki, mən azərbaycanlıyam. Ümid edirəm ki, Ali Baş Komandanımızın rəhbərliyi altında işğal olunmuş ərazilərimiz tam azad olunacaq və Azərbaycanın ərazi bütövlüyü təmin ediləcək.
Hər zaman ölkəmin yanındayam, Allahdan şəhidlərimizə rəhmət və ailələrinə səbir diləyirəm. Biz birlikdə güclüyük. Qarabağ Azərbaycandır!!!”
Oxşar xəbərlər
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirib - VİDEO (YENİLƏNİB)
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının y...