WUF13-də şəhər infrastrukturuna uzunmüddətli maliyyə cəlb edilməsi yolları müzakirə olunur

WUF13-də şəhər infrastrukturuna uzunmüddətli maliyyə cəlb edilməsi yolları müzakirə olunur
Siyasət 10

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Maliyyə cəhətdən cəlbedici bələdiyyələr, rahat şəhərlər. Şəhərlər lazımi miqyasda uzunmüddətli maliyyələşdirməni necə cəlb edə bilər?" adlı panel müzakirəsi başlayıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, sessiyanın mövzusu bələdiyyə qurumlarının investisiya cəlbediciliyinin artırılması və dayanıqlı şəhər infrastrukturunun maliyyələşdirilməsi məqsədilə özəl kapitalın cəlb edilməsi üçün tələb olunan islahatlar və ilkin şərtlərə yönəlib.

Müzakirənin əsas vəzifələri: bələdiyyələrin maliyyə resurslarına çıxışını məhdudlaşdıran əsas maneələri təhlil etmək, bu maneələri dəf etmək üçün konkret siyasi və institusional mexanizmləri nəzərdən keçirmək, bələdiyyə qurumlarının kredit qabiliyyətinin gücləndirilməsinə və fəaliyyət şəraitinin təkmilləşdirilməsinə kömək edən islahatları müəyyənləşdirmək, eləcə də şəhər infrastrukturu sahəsinə özəl və geri qaytarıla bilən maliyyələşdirmənin səfərbər edilməsi imkanlarını müzakirə etməkdir.

Mayın 22-nə qədər davam edəcək forumda iştirak etmək üçün dünyanın 182 ölkəsindən 40 mindən çox insan qeydiyyatdan keçib.

Son xəbərlər