WUF13-də nazirlərin dəyirmi masası başa çatıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) birinci günü çərçivəsində nazirlərin dəyirmi masası başa çatıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, "UN-Habitat"ın keçmiş icraçı direktoru Maymuna Mohd Şərif sədr qismində yekun sözlə çıxış edib.
O, nümayəndələrə fəal işlərinə görə təşəkkür edib, iştirakçılara forumun məhsuldar davamını arzulayıb və beynəlxalq ictimaiyyəti əldə edilmiş tempi qorumağa çağırıb.
"Bakıda qazanılmış unikal təcrübə və həll yollarının kağız üzərində qalmaması, bütün dünyada şəhərlərin və icmaların xeyrinə praktiki tədbirlərə çevrilməsi son dərəcə vacibdir", - Maymuna Mohd Şərif vurğulayıb.
Oxşar xəbərlər
TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb
Ötən gün Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi cənab Ramil Həsən Türk Dövlətləri Təşkil...