"WhatsApp" istifadəçilərinə VACİB XƏBƏR - Bu yolla aldandığınızı biləcəksiniz

"WhatsApp" messenceri istifadəçilərə qrup çatlarında spam və fırıldaqçılıqdan qorunmağa imkan verəcək yeni funksiya təqdim edir.
BAKU.WS xəbər verir ki, indi istifadəçilər tanımadıqları şəxs tərəfindən qrup söhbətinə əlavə edildikdə, qrupda kontekst kartı göstərilir.
Kartda qrupun yaradıcısı, yaradılma tarixi, qrupun təsviri və istifadəçinin "WhatsApp" əlaqə siyahısından kimsə tərəfindən əlavə edilib-edilməməsi haqqında məlumatlar göstəriləcək. Bundan əlavə, kontekst kartında istifadəçiyə çatı tez tərk etməyə imkan verən düymə, həmçinin "WhatsApp" təhlükəsizlik alətləri haqqında ətraflı məlumat üçün keçid olacaq.
Yeni funksiya “WhatsApp”dakı mövcud funksiyaya bənzəyir ki, bu da yad şəxslərdən şəxsi mesajlar aldıqda onlarla ünsiyyətdən qaçmağa və onların hər hansı qeyri-qanuni fəaliyyətlə məşğul olan qruplara əlavə olunub-olunmadığını tez müəyyən etməyə imkan verir.
"WhatsApp" nümayəndələrinin sözlərinə görə, qrup söhbətləri üçün kontekst kartları artıq bütün dünyada tətbiq olunmağa başlayıb və yaxın həftələrdə istisnasız olaraq bütün istifadəçilər üçün əlçatan olacaq. Yeni funksiya şirkətin təhlükəsizliyin yaxşılaşdırılması və istifadəçiləri messencerdəki uyğunsuz məzmun və saxtakarlıqdan qorumaq səylərinin bir hissəsidir.
Oxşar xəbərlər
"iPhone 16"da yeni bir düymə olacaq - FUNKSİYASI - FOTO
Sentyabr ayında təqdimatı gölənilən "iPhone 16"da yeni bir düymə olacaq. BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, yeni məhsullar haqqında təfərrüatlar...
