Vladimir Putin bu şəxsi özünə yeni xüsusi nümayəndə təyin edib
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya prezidenti Vladimir Putin ölkə başçısının dövlət sərhədinin Müstəqil Dövlətlər Birliyi ölkələri ilə delimitasiya və demarkasiyası üzrə xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri vəzifəsinə təyinatla bağlı fərman imzalayıb.
“Report”un məlumatına görə, fərmanla Mixail Petrakov bu vəzifəyə təyin edilib.
Putinin digər fərmanı ilə Petrakov həmçinin Xəzər dənizi ilə bağlı çoxtərəfli danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri olacaq.
Bununla da İqor Bratçikov vəzifəsindən azad edilib. İqor Bratçikov Rusiyanın Slovakiyadakı səfiri təyin olunub.
Oxşar xəbərlər
Putin yeni hökumətin tərkibini təsdiq etdi - SİYAHI
Rusiya prezidenti Vladimir Putin yeni Nazirlər Kabinetin tərkibi ilə bağlı fərman imzalayıb. BAKU.WS Rusiya KİV-lərinə istinadən xəbər verir ki, fərmana əsasən,...