Vitasın konsertində qalmaqal - 55 000 nəfərlik stadionda 62 000 tamaşaçı...
Yeniliklərdən dərhal xəbərdar olun
Məşhur müğənni Vitasın Çində Suçjou şəhərində keçirilən konsertində qalmaqal yaşanıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, fırıldaqçılar qara bazar vasitəsilə konsertin 7 min saxta biletini satıblar.
Nəticədə tutumu 55 000 nəfərlik stadionda 62 000 tamaşaçı toplaşıb. Nə sənətçi, nə də prodüseri satılan əlavə biletdən qonarar əldə etməyib.
Qeyd olunur ki, orijinal biletlərdə hologram və identifikasiya kodu olub. Bunun vasitəsilə onları saxta biletlərdən ayırd etmək mümkün olub.
Hazırda Vitasın Çin üzrə 15 konserti planlaşdırılır. Müğənni saxta bilet satışının baş tutacaq növbəti konsertlərdə də olacağını düşünür.
Vitas və komandası baş verənləri anlamağa və həzm etməyə çalışır.
Oxşar xəbərlər
Snoop Dogun İrəvan konserti ləğv olunur? - Ermənistan 6 milyon dollar ziyana düşə bilər - FOTO
Sentyabrın sonlarına doğru İrəvana gəlməyə hazırlaşan məşhur reper Snoop Doggun buradakı konserti təxirə salına bilər. BAKU.WS xəbər verir ki, Ermənistan sosial...