Vilayət Eyvazovdan yeni TƏYİNATLAR
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmrinə əsasən, Şəmkir Rayon Polis Şöbəsinin Xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı İsmayılov Bayram İlqar oğlu vəzifəsindən azad edilib.
O, nazirin digər əmri ilə Qazax RPŞ-yə eyni vəzifəyə təyin olunub.
Bundan başqa, Şəmkir RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin rəisi, polis mayoru Hüseynov Musa Yusif oğlu vəzifəsindən azad edilib. O, Qazax RPŞ-də eyni vəzifəyə təyinat alıb.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...