Vilayət Eyvazovdan yeni TƏYİNAT

15
may
2020
23:14
Daxili İşlər Nazirliyinin (DİN) Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayoru Yaşar Əliyev vəzifədən azad edilib.
BAKU.WS xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Y.Əliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Nazirin digər əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Nurullah Məmmədxanlı DİN-in Baş Mühafizə İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Xatırladaq ki, ilk xəbəri unikal.org saytı yazıb.
Oxşar xəbərlər
İlham Əliyev əfv sərəncamı imzaladı (SİYAHI)
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.Dövlət başçısı məhkum olunmuş bir sıra şəxslərin, onların ailə...
