Vilayət Eyvazovdan işğaldan azad olunmuş rayonlara komendant TƏYİNATI
Yeniliklərdən dərhal xəbərdar olun
İşğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı Fərmana uyğun olaraq, Daxili İşlər Nazirliyi müvafiq ərazilərin müvəqqəti komendantlarını təyin edir və müvəqqəti komendantlıqların fəaliyyətini təşkil edir.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmrlərinə əsasən, Laçın Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Adil Əliyev Laçın rayonuna, Kəlbəcər Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Haqverdi Əkbərov Kəlbəcər rayonuna komendant təyin ediliblər.
Şöbələrin şəxsi heyəti müvafiq rayon sakinlərinin sıx məskunlaşdıqları bölgələrdə fəaliyyətlərini davam etdirməklə yanaşı, işğaldan azad edilmiş rayonlarda xidmətə cəlb ediliblər.
Oxşar xəbərlər
Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərman imzalayıb
Prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərman imzalayıb. BAKU.WS xə...