Ordumuzun Vətən müharibəsində “Kargu” PUA-larından istifadə etməsi ilə bağlı FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
2020-ci il noyabrın 8-də Qarabağın Ermənistanın işğalından azad etməsinin 1-ci ildönümündən sonra müharibə zamanı baş verən hadisələr və Azərbaycan Ordusunun uğurları gündəmə gəlməkdə davam edir.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Belə ki, müzəffər ordumuz Qarabağın erməni işğalından azad edilməsi ilə bağlı keçirdiyi hərbi əməliyyatlar zamanı güclü duman səbəbindən görmə məsafəsinin olduqca çətinləşdiyi vaxt “Kargu” kamikadze PUA-larından istifadə edib.
Müharibə zamanı Azərbaycan hərbçilərinin istifadə etdiyi “Kargu”nun fotosu yayılıb.
Qeyd edək ki, Türkiyə istehsalı olan silahlı “Kargu” kvadrokopterlərinin tədarükü davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Şuşa uğrunda döyüş və 2020-ci il Dağlıq Qarabağ müharibəsinin qaçırılan dərsləri
2020-ci il Dağlıq Qarabağ müharibəsi kifayət qədər diqqət mərkəzində olmuşdur. Altı həftəlik müharibə haqqında edilən şərh və təhlillər döyüş əməliyyatlarının g...