Vəfat edən anasından qalan xalçadan 600 MİNLİK QIZIL TAPILDI - FOTO/VİDEO
Türkiyədə qəribə hadisə yaşanıb.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, Giresunda yaşayan sakinlərdən biri vəfat edən anasından qalan xalçanı yuma şirkətinə verib. İşçilər xalçanı yuyanda onu açıblar. Büklü vəziyyətdə olan əşyanın içindən 600 min lirə dəyərində pul və zinət əşyası tapılıb.
Dərhal xalçanın sahibinə zəng vurulub vəziyət ona bildirilib.
Xalça yuma şirkıətinin sahibi Hatice Özdemir tapılan pul və qızılı sahibinə təqdim edib.
Onlar əvvəl xalçanın içində kiçik paketi görüb zibilə atıblar. Daha sonra onun içindəkinin nə olduğuna baxmaq istəyiblər.
Həmin paketdə dəsmala bükülən qolbağ, sırğa və klon kimi müxtəlif zinət əşyaları çıxıb.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...