Vatikanın dövlətlərlə əlaqələr üzrə katibi Bakıya səfərə gəlib

Vatikanın dövlətlərlə əlaqələr üzrə katibi Bakıya səfərə gəlib
Siyasət 28

Müqəddəs Taxt-Tacın Dövlət Katibliyinin Dövlətlər və Beynəlxalq Təşkilatlarla Əlaqələr üzrə katibi arxiyepiskop Pol Riçard Qallaqer Azərbaycana üçgünlük səfərə gəlib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın rəsmi informasiya portalı "Vatican News" bildirib.

Qeyd olunub ki, səfərin əsas məqsədi Bakıda Müqəddəs II İoann Pavel kilsəsinin təməlqoyma mərasimi və yerin xeyir-duasıdır. Məbəd paytaxtın Yasamal rayonunda Abbas Mirzə Şərifzadə küçəsində tikiləcək.

Rəsmi proqram dekabrın 14-də başlayacaq. Azərbaycana səfəri çərçivəsində arxiyepiskop Qallaqer xarici işlər naziri Ceyhun Bayramov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və yerli din xadimləri ilə görüşlər keçirəcək.

Müqəddəs Taxtın katibi həmçinin Bakıda Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi Kilsəsində ibadət keçirəcək.

Son xəbərlər