Varlı yaxud da kasıb olduğumuz üzümüzdən bilinir - ARAŞDIRMA - FOTO

Varlı yaxud da kasıb olduğumuz üzümüzdən bilinir - ARAŞDIRMA - FOTO
Siyasət 763

İnsanların simasından onun varlı yaxud da kasıb olduğunu bilmək mümkündür.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Şotlandiyanın "Glasgow" universtitetinin alimləri araşdırma aparıblar.

Tədiqiqatlar nəticəsində, ensiz, uzun siması və ağ dərisi olan insanların varlı olduğu ortaya çıxıb.

Qaldırımış qaş, bir-birinə yaxın gözlər və isti, canlı dəri rənginə olan şəxslərin də varlı olduğu məlum olub.

"APA Journal of Experimental Psychology" adlı elmi jurnalda dərc olunan məqalədə bu cür adamların daha istiqanlı və etibarlı olduğu da bildirilib.

Siması geniş, enli olan insanların isə kasıb olduğu qeyd edilib.

"New York Post"un yaydığı məlumata əsasən, "Meta"nın icraçı direktoru Mark Zukerberq və "Amazon"un icraçı direktorunun siması aparılan araşdırmaları təsdiqləyir.

Varlı yaxud da kasıb olduğumuz üzümüzdən bilinir - ARAŞDIRMA - FOTO

Zukerberqin ensiz üzü var. Bezosun siması isə isti və canlı dəri rənginə malikdir.

Alim R. Thora Bjornsdottir araşdırmada qərb ölkələrində yaşayan insanların itirak etdiyini ifadə edib.

Bjornsdottir onu da deyir ki, insanları bu göstəricilərə əsaslanaraq mühakimə etmək düzgün deyil. Başqaları haqqında təsəvvürlərimiz müəyyən hallarda onların xeyrinə və ya ziyanına çevrilə bilər.

Son xəbərlər