Mark Zukerberq üçüncü dəfə qız atası oldu - FOTO

24
mar
2023
20:40
"Meta" şirkətinin baş direktoru, feysbukun qurucusu Mark Zukerberq və həyat yoldaşı Priscilla Çanın üçüncü qız övladı dünyaya gəlib.
BAKU.WS-in xəbərinə görə, bu barədə Zukerberq instaqram hesabında paylaşım edib.
Övladının fotolarını izləyiciləriylə bölüşən Mark paylaşımına "Kiçik bir nemət" sözlərini yazıb.
Qeyd edək ki, Zukerberq və Çan 2003-ci ildə tanış olub, 9 il sonra ailə qurub. 2015-ci ilin dekabrında onların ilk qız övladı - Maks , 2017-ci ilin avqustunda isə ikinci qız övladları - Avqust dünyaya gəlib.
Qalereya
Oxşar xəbərlər
"İnstagram" və "Facebook"da yeni dövr: "Mavi işarə"ni ödənişlə əldə etmək mümkün olacaq
"Meta" şirkətinin baş direktoru Mark Zukerberq "Facebook" və "İnstagram" sosial şəbəkə istifadəçilərinin "mavi işarə"ni aylıq ödənişlə əldə edə biləcəklərini aç...
