"İnstagram" və "Facebook"da yeni dövr: "Mavi işarə"ni ödənişlə əldə etmək mümkün olacaq

"Meta" şirkətinin baş direktoru Mark Zukerberq "Facebook" və "İnstagram" sosial şəbəkə istifadəçilərinin "mavi işarə"ni aylıq ödənişlə əldə edə biləcəklərini açıqlayıb.
BAKU.WS xəbər verir ki, bu funksiya hesabların həqiqiliyini və xidmətlərin təhlükəsizliyini artırmaq üçün nəzərdə tutulub.
Xidmət veb-versiya üçün ayda 11,99 dollara, Apple (iOS) istifadəçiləri üçün isə 14,99 dollara başa gələcək.
Yenilik ilk olaraq Avstraliya və Yeni Zelandiyada sınaqdan keçiriləcək. Gələcəkdə isə başqa ölkələrə də yayılacaq.
"Meta"dan BBC-yə bildirib ki, yeni xidmət əvvəllər təsdiqlənmiş hesablara təsir etməyəcək. Bundan əlavə, abunəlik korporativ hesablara şamil edilmir.
Oxşar xəbərlər
Zukerberq ilk onluqdan kənarda qaldı
“Forbes” jurnalına görə dünyanın ən zəngin 10 adamı sırasında olan “Meta”nın qurucusu Mark Zukerberq 12-ci sıraya düşüb. BAKU.WS "Oxu.az"a istinadən xəbər verir...
