“Vaqner”çilər ilk hədəf kimi rusiyalı general Surovikini seçdilər

“Vaqner” muzdlu hərbi təşkilatının döyüşçüləri onlara müraciət edən Rusiya Hava Kosmik Qüvvələrinin komandanı, ordu generalı Sergey Surovikini qisasla hədələyiblər.
Bu barədə məlumat “Vaqner”in teleqram kanallarından birində yerləşdirilib.
Xüsusilə qeyd olunub ki, “dayanmaq çağırışları ilə musiqiçilərə (“Vaqnerçi”lərin ləqəbi - Qeyd) üz tutan generallar əslində öz hökmünə imza atıblar”.
“Məhkəmə olacaq. Surovikin Xersonun “təslim olması”na görə məsuliyyət daşıyacaq”, - məlumatda deyilir.
Bundan əvvəl Rusiya Hava Kosmik Qüvvələrinin komandanı, ordu generalı Sergey Surovikin “Vaqnerçi”lərə müraciət edərək silahlarını yerə qoymağa və yalnız Ali Baş Komandanın əmrlərinə ciddi əməl etməklə bağlı çağırış edib.//report

Oxşar xəbərlər
“Vaqner”in başçısı Şoyqudan yardım istəyib
“Vaqner” özəl hərbi şirkətinin (ÖHŞ) sahibi Yevgeni Priqojin Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatına başlamaq niyyətinə görə kömək üçün Rusiyanın mü...