Vali: "Azərbaycan" yaşayış massivinin açılışında Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı gözlənilir

Türkiyənin Kahramanmaraş şəhərinin mərkəzində Azərbaycan hökumətinin dəstəyi ilə inşa edilən "Azərbaycan" yaşayış massivinin açılış mərasiminə hər iki ölkənin dövlət başçılarının qatılacağı gözlənilir.
Bu barədə "Report"un yerli bürosuna Kahramanmaraş vilayətinin valisi Mükkerrem Ünlüer Türkiyə Prezident Adminstrasiyası yanında Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbir çərçivəsində deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin tədbirə dəvət olunması Kahramanmaraş xalqının istəyi ilə baş tutur:
"Kahramanmaraşda Azərbaycana çox böyük sevgi var. "Azərbaycan" yaşayış massivinin şəhərin mərkəzində tikintisi də bunu sübut edir. Məhz qardaş Azərbaycanın göstərdiyi dəstək zəlzələ zamanı münasibətlərimizi daha da yaxınlaşdırdı".
Vali bildirib ki, "Azərbaycan" yaşayış massivində binaların bir hissəsinin tikintisinin əsas mərhələsi başa çatıb:
"Bir-üç ay içərisində işlər tamamlanacaq və sakinlər əraziyə köçürüləcək".

Oxşar xəbərlər
Abbas Abbasov: Azərbaycan dekolonizasiya hərəkatının ikinci dalğasına rəhbərlik edir
Dekolonizasiya prosesində Azərbaycanın liderliyi yeni mərhələnin əsasını qoydu. Bunu "Report"un ABŞ bürosuna müsahibəsində BMT-nin Afrikaəsilli xalqların daimi...