ÜST: Dünyada son bir həftədə koronavirusdan ölüm sayı artıb
07
apr
2021
09:01
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Son bir həftə ərzində dünyada koronavirusdan ölənlərin sayı 11 faiz artıb”.
APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik hesabatında bildirilib.
Qeyd edilib ki, ardıcıl olaraq 6-cı həftədir ki, yeni yoluxma sayı artaraq 4 milyonu keçib, ölüm sayı isə keçən həftəyə nisbətən 71 mindən çox olub.
Hesabata görə, son 7 gündə Cənub-Şərqi Asiyada COVID-dən ölüm sayı 46 faiz, Şimali və Cənubi Amerikada 15 faiz, Şərqi Aralıq dənizində 7 faiz, Avropada isə 2 faiz artıb.
Oxşar xəbərlər
Dünyada son sutkada 565 mindən çox insanda koronavirus aşkarlanıb
Dünyada təsdiqlənmiş koronavirusa yoluxma hallarının sayı son bir gündə 565 mindən çox artaraq 126,35 milyonu keçib. Bu virusdan ölənlərin sayı isə 9,9 mindən ç...