UNO "F-16" tərəfindən vurulmazdan əvvəl sakinlərin ÇƏKDİYİ GÖRÜNTÜLƏR - VİDEO

UNO F-16 tərəfindən vurulmazdan əvvəl sakinlərin ÇƏKDİYİ GÖRÜNTÜLƏR - VİDEO
Video
Siyasət 640

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "F-16" qırıcısının "Sidewinder" raketi ilə Huron gölü üzərində vurduğu sirli “səkkizguşəli” obyekt barədə yeni görüntülər üzə çıxıb.

BAKU.WS xəbər verir ki, Montana ştatının sakinləri axşam və səhər saatlarında uçan naməlum obyektin videosunu çəkərək sosial şəbəkəyə yerləşdirib.

ABŞ-ın qərb sahilində səmada görünən obyektin yadplanetlilərə və ya hansısa ölkəyə məxsus təyyarə olması müzakirə obyektinə çevrilib.

Pentaqonun sözçüsü Patrik Rayder təsdiqləyib ki, ABŞ Prezidenti Co Baydenin göstərişi ilə ölkənin Kanada sərhədi yaxınlığında Huron gölü üzərində naməlum uçan obyekt vurulub.

Son xəbərlər