UNDP, UNHCR və ICRC: Azərbaycandan çıxmağa hazırlaşın

"Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş ölkədir. Ölkəmiz Cənubi Qafqazın siyasi, iqtisadi və hərbi cəhətdən lider ölkəsi kimi tanınır.
Vaxtilə xarici yardımlardan asılı olan Azərbaycan indi özü maliyyə yardımı göstərən ölkəyə çevrilib".
Bu barədə "Caliber"in "YouTube" analitik kanalının yeni buraxılışında bəhs edilir.
"Bununla əlaqədar qanunauyğun sual yaranır: BMT-nin İnkişaf Proqramı (UNDP), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) və Beynəlxalq Qırmızı Xaç Komitəsi (ICRC) kimi təşkilatlar ilə bundan sonrakı qarşılıqlı fəaliyyət nə qədər məqsədə uyğundur?
"Caliber"in redaksiyasının sərəncamında olan məlumata görə, sözügedən strukturların Bakı ofisləri əməkdaşlığın formatına yenidən baxılmasının zəruriliyi barədə artıq məlumatlandırılıblar.
Üstəlik, onlara ölkəmizi tərk etməli olduqları bildirilib və bu qərar müvafiq səviyyədə sözügedən təşkilatlara çatdırılıb" , - deyə materialda vurğulanıb.
Ətraflı videoda:
Oxşar xəbərlər
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanına səfərə gedib
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbist...
