Ümumtürk irsinin ən parlaq səhifəsi: Birinci Türkoloji Qurultayın 100 illiyi

Türk Mədəniyyəti və İrsi Fondu ilə Baku TV Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş layihəyə start verib.
Layihənin ilk buraxılışında qonaq olan Fondun prezidenti Aktotı Raimkulova bu mühüm təşəbbüsün mənəvi irsimizin dirçəldilməsinə və ümumi mədəniyyətin təbliğinə yönəldiyini bildirib:
"Bu məqsədlə Fond bir sıra tədbirlər planlaşdırır: elmi konfranslar və tədqiqatlar, nəşrlər, xatirə görüşləri, mədəni təşəbbüslər - bütün bunlar bu irsi müasir nəslə və gələcək nəsillərə çatdırmaq üçündür. Bu yüksək missiyanın həyata keçirilməsi üçün əlimizdən gələni etməyə səmimi şəkildə səy göstərəcəyik".
O vurğulayıb ki, 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay ümumtürk irsinin tarixində ən parlaq və əlamətdar səhifələrdən biridir.
Üstündən demək olar ki, bir əsr keçməsinə baxmayaraq, Qurultayda səslənən ideyaların miqyası və fikir gücü bu gün də ilham verməkdə davam edir:
"Bu, XX əsrin əvvəllərində türk dünyasının görkəmli alimlərinin, dövlət və mədəniyyət xadimlərinin, ictimai fikir sahiblərinin, mütəfəkkirlərin gerçəkdən də epoxal forumu idi. Qurultayın nümayəndələri təkcə alim deyildilər, onlar öz dövrlərinin qabaqcıl düşüncə sahibləri, elm, mədəniyyət, ictimai və dövlət fikir nümayəndələri idilər. Təəssüf ki, onların əksəriyyəti sonradan repressiyalara məruz qaldılar. Məhz buna görə bizim onların davamçıları və varisləri olaraq borcumuz bu elmi və mənəvi irsi qorumaq, yenidən dirçəltmək və təbliğ etməkdir".
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
ATƏT-də veto hüququna qarşı yeni format yaradılması təklif olunub
ATƏT-də veto hüququna qarşı yeni format yaradılması təklif olunub. BAKU.WS report-a istinadən xəbər verir ki, bu təkliflə Beynəlxalq Münasibətlərin Təhlili Mə...
