"Ümid" yatağından hasil edilən qaz və kondensatın həcmi açıqlanıb
Xəzər dənizinin Azərbaycan sektorundakı "Ümid" qaz-kondensat yatağından 2024-cü ildə qaz hasilatının 2,3 milyard kubmetr olacağı gözlənilir.
“Report” bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) materiallarına istinadən xəbər verir.
Şirkətin məlumatına görə, bu il “Ümid” yatağından kondensat hasilatı 325,1 min ton təşkil edəcək.
İstismara veriləndən bu ilin mayın 1-nə kimi bu yataqdan 9,2 milyard kubmetr qaz və 1,4 milyon ton kondensat hasil edilib.
Qeyd edək ki, 2010-cu il 24 noyabr tarixində “Ümid” yatağı kəşf edilib. Bu yataq Azərbaycanın müstəqillik dövründə kəşf edilmiş ilk qaz-kondensat yatağıdır. “Ümid” yatağı Bakıdan 75 kilometr cənuba, qurudan 40 kilometr məsafədə Xəzər dənizində yerləşir. Yataq 2012-ci ildə istismara verilib.
İlkin hesablamalara görə, Xəzər dənizində yerləşən "Ümid" qaz yatağının ümumi ehtiyatı 200 milyard kubmetr qaz və 40 milyon ton kondensat həcmindədir.
Oxşar xəbərlər
Prezident 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin açılışında çıxış edib - YENİLƏNİB-4 - FOTO
İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Q...