Ulyanovskdakı Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından məhrum edildi
Ulyanovskdakı Azərbaycan diasporunun rəhbəri və Ulyanovsk qubernatorunun müşaviri İslam Hüseynov Rusiya vətəndaşlığından məhrum edilib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə yerli jurnalist Daria Kosarinova məlumat verib.
Məlumata görə, Hüseynovun Rusiya pasportu oktyabrın 14-də Federal Təhlükəsizlik Xidmətinin (FSB) qərarı ilə ləğv edilib və hazırda diaspor rəhbərinin Rusiyaya giriş qadağan edilib.
Hakimiyyət orqanlarının qərarının səbəbləri hələlik məlum deyil.
Məlumata görə, Hüseynov 20 il əvvəl Ulyanovska köçüb, bundan sonra o, regional Azərbaycan Konqresinin rəhbəri olub. O, Zasviyajyedə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin abidəsinin ucaldılmasına nail olub.
Oxşar xəbərlər
Mehriban Əliyeva sosial şəbəkə hesablarında Od çərşənbəsi ilə bağlı paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında Od çərşənbəsi ilə bağlı paylaşım edib. BAKU.WS xəbər verir ki, paylaşımda deyi...