Ulduz futbolçu əsgərlikdən tərxis oldu - FOTO

Ulduz futbolçu əsgərlikdən tərxis oldu - FOTO
Foto
Siyasət 306

“Tottenhem”in cənubi koreyalı futbolçusu Son Xin Min 3 həftəlik hərbi xidməti başa vurub.

BAKU.WS NTV Spor-a istinadən xəbər verir ki, hərbi xidmətini tamamlamaq üçün ötən ay Cənubi Koreyaya gedən 28 yaşlı futbolçu hərbi dəniz qüvvələrində xidmət edib.

Məlumata görə, Son Xin Min hərbi xidmət müddətində fərqlənib. O, atışında maksimum nəticə göstərərək ən yaxşılardan biri olub.

Hərbi xidmətini uğurla başa vurduğu üçün ona ən yaxşı 5 əsgərə verilən “Pilsung” mükafatı verilib.

Son xəbərlər