Ukraynanın iki SU-25 bombardmançısı vuruldu
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Silahlı Qüvvələri son günlərdə iki SU-25M bombardmançı təyyarəsini itirib.
BAKU.WS-in UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, xəbəri Poltava vilayətinin hərbi administrasiyasının rəhbəri Dmitri Lunin verib.
Onun sözlərinə görə, təyyarələrdən biri oktyabrın 11-i, digəri isə oktyabrın 12-si Şişatsk icmasının ərazisinə düşüb. Hər iki təyyarə Ukrayna Silahlı Qüvvələrinin ölkənin şərq istiqamətindəki əks-hücum əməliyyatlarına dəstək verirlərmiş.
Lakin raket zərbələri ilə xəsarət alan təyyarələri idarə etmək mümkün olmayıb. Hər iki təyyarənin pilotu katapult edə bilib. Onlardan biri həlak olub.
Oxşar xəbərlər
Rusiyanın Ukraynaya raket hücumu: Ölən və yaralananların sayı artdı - YENİLƏNİB - FOTO/VİDEO
Rusiya ordusunun Ukrayna şəhərlərinə təşkil etdiyi kütləvi raket hücumları nəticəsində ölən mülki şəxslərin sayı 11-ə çatıb. BAKU.WS UNİAN-a istinadla xəbər ver...