Ukraynalı jurnalist rusiyalı hərbçilər tərəfindən qarət edilən mənzilləri nümayiş etdirdi - VİDEO
03
apr
2022
17:50
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynalı jurnalist Dmitri Komarov Rusiya ordusundan azad edilən edilən Qostomel şəhərindəki mənzillərdən çəkdiyi görüntüləri paylaşıb.
O, mülki vətəndaşların yaşadıqları mənzillərin qarət və talançılığı məruz qoyulduğunu, rusiyalı hərbçilərin özlərindən sonra mənzildə çoxlu boş spirtli içki şüşələrini və zibil qoyub getdiklərini nümayiş etdirib.
Qeyd edək ki, ötən gün Ukrayna hərbçiləri İrpen, Buça, Qostomel və bütün Kiyev vilayətini işğalçılardan azad edib.
Oxşar xəbərlər
Ukrayna ordusu daha bir şəhəri Rusiya işğalından azad etdi
Ukrayna ordusu Kiyev vilayətinin Buça şəhərini Rusiya hərbçilərindən azad edib. BAKU.WS “Report”a istinadən xəbər verir ki, Buçanın meri Anatoli Fedoruk şəhərin...