Ukraynalı aktyor canlı yayımda səfərbərliyə cəlb edildiyini açıqladı - VİDEO
Ukraynalı komediya aktyoru Andrey Luzan canlı yayımda səfərbərliyə cəlb olduğunu açıqlayıb.
BAKU.WS xəbər verir ki, o, bu xəbəri sosial şəbəkədə canlı yayım zamanı açıqlamaq qərarına gəlib.
Məlum olub ki, 39 yaşlı Luzan iyulun 6-da Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulmağı planlaşdırır.
Luzan bu ilin əvvəlində səfərbərlik qanunu və kişilərə səyahət qadağası səbəbindən böyük stress yaşadığını bildirib. Lakin sonra belə vəziyyətlərin tarixi kontekstinin və keçmiş nəsillərin təcrübəsinin dərindən öyrənilməsi onu sakitləşdirməyə kömək edib.
Qeyd edək ki, Andrey Luzan Kiyevdə anadan olub. O, 17 yaşında valideynlərindən ayrı müstəqil həyata qədəm qoyub. O, uzun müddət terapevt kimi təhsil alıb, lakin həyatını tibblə bağlamamaq qərarına gəlib və yaradıcılığı seçib.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...