Ukraynadakı müharibə 117 uşağın canını alıb
Yeniliklərdən dərhal xəbərdar olun
Fevralın 24-də Rusiya-Ukrayna müharibəsinin başladıqdan bu günə qədər 117 ukraynalı uşaq qətlə yetirilib, 155 azyaşlı isə yaralanıb.
BAKU.WS UNİAN-a istinadən xəbər verir ki, bu haqda Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili Lyudmila Denisova bildirib.
Ukrayna Baş Prokurorluğu da müharibədə zərərçəkən uşaqlarla bağlı məlumat yayıb. Bildirilib ki, indiyədək Kiyev vilayətində 58 uşaq müharibədən ziyan çəkib. Bu vəziyyət Ukraynanın digər şəhərləri üçün də xarakterikdir.
Belə ki, Xarkovda 40, Çerniqovda 31, Donetskdə 30, Nikolayevdə 24, Xersonda 15, Sumıda 14 uşaq müharibədən zərər çəkib.
Oxşar xəbərlər
Ukraynada müharibə başlayandan ölən uşaqların sayı AÇIQLANDI
Rusiyanın Ukraynada apardığı müharibə nəticəsində 112 uşaq ölüb, 140-dan çoxu da yaralanıb. BAKU.WS UNİAN-a istinadla xəbər verir ki, məlumatı Ukraynanın Baş Pr...