Ukraynada Xocalı həqiqətləri: Ermənilər təşviş içində - FOTO
28
fev
2018
22:15
Hər il fevral ayının sonlarnda ermənilərin Dağlıq Qarabağda törətdiyi Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdılrılması üçün müxtəlif ölkə və şəhərlərdə tədbirlər keçirilir. Bu işlə təkcə Azərbaycan diasporası deyil, azərbaycanlı iş adamları, fiziki şəxslər öz imkanları daxilində Xocalı həqiqətlərini yaşadıqları və fəaliyyət göstərdikləri ölkələrdə insanlara izah edirlər. Belə tədbirlərdən biri də “SOCAR Energy Ukraine” şirkəti tərəfindən təşkil edilib. Belə ki, fevralın 23-dən Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı SOCAR-ın Ukrayna ərazisində yerləşən yanacaqdoldurma məntəqələrində soyqırıma dair videoçarx yayımlanır. Videoçarxda XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı haqqında maarifləndirici məlumatlar, soyqırıma dair fotolar, rəqəmlər yer alıb.“SOCAR Energy Ukraine” şirkəti hesab edir ki, bu təbliğat vasitəsilə yanacaqdoldurma məntəqələrinə gələn insanlar Xocalı soyqırımı haqqında həqiqətləri öyrənə bilirlər.BAKU.WS Ukrayna mediasına istinadən xəbər verir ki, XX-ci əsrdə törətdikləri vəhşiliklərin tutarlı faktlarla sübut olunması erməni diasporasını təşvişə salıb. Özlərini məzlum xalq kimi təqdim edən ermənilər, maskalarının yırtılamsını rahatlıqla həzm edə bilmirlər. Müxtəlif üsullarla Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasına mane olmağa çalışırlar. Ukraynada da "Erməni Təşəbbüsü" Fondu SOCAR-ın Xocalı faciəsi ilə bağlı yayımladığı videoçarxa mane olmağa çalışır. Fondun rəhbəri Hayk Ağvanyan SOCAR-ın Kiyevdəki yanacaqdoldurma məntəqələrindən birində olarkən bu videoçarxı görüb və qarışıqlıq yaratmaq istəyib. Lakin hadisə yerinə polis çağırılıb və erməni məntəqədən uzaqlaşdırılıb.Təxribat törətmək planı baş tutmayan Ağvanyan başqa yola ət aıtb. O hesab edir ki, Xocalıda törətdikləri soyqırım faktı ilə bağlı həqiqətlərin yayılması Ukraynada milli azlıqlar haqqında qanunun tələblərini pozur. Yüzlərlə günahsız insanların, qocaların, qadınların, uşaqların xüsusi amansızlıqla qətlə yetirilməsini cinayət hesab etməyən Ağvanyan, bu faktların işıqlandırılmasını dini, milli və irqi ədavətin qızışdırılması hesab edərək SOCAR-dan prokurorluğa şikayət edəcəyini bildirib. BAKU.WS
Oxşar xəbərlər
Tuba Ekinci : "Azərbaycanəsilli ailənin qızıyam"
Əslən Azərbaycanlı, Türkiyənin tanınmış müğənnisi Tuba Ekinci Xocalı soyqırımı ilə bağlı instagram hesabında paylaşım edib. BAKU.WS xəbər verir ki, Tuba Xocalı...