Ukraynada Rusiyaya casusluq edən qadın saxlanıldı - FOTOFAKT

Ukraynada Rusiyaya casusluq edən qadın saxlanıldı - FOTOFAKT
Foto
Siyasət 117

Ukraynada Rusiyaya casusluq etməkdə şübhəli bilinən qadın saxlanılıb.

BAKU.WS-in xəbərinə görə, bu barədə məlumat Ukrayna Təhlükəsizlik Xidmətinin saytında dərc olunub.

Qeyd olunur ki, Kirovoqrad vilayətinin, Oleksandrysky rayon sakini Ukrayna müdafiə sənayesi müəssisələrinin yerləşdiyi yer barədə məlumat toplayıb və onu messencerlər vasitəsi ilə Rusiya tərəfinə ötürüb.

"Toplanmış sübutlar əsasında müstəntiqlər ittihamçıya şübhə ilə bağlı məlumat veriblər. Kəşfiyyat məlumatları işğalçılara Ukrayna obyektlərinə bir sıra raket hücumları hazırlamaq üçün lazımdır. Saxlanılan şəxsdən əraziyə aid obyektlərin şəklini çəkmək, həmçinin təcavüzkarlarla əlaqə saxlamaq üçün istifadə etdiyi mobil telefon götürülüb. Cinayətin bütün hallarının müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır. Cinayətkarı əmlakı müsadirə olunmaqla 15 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir", - deyə məlumatda bildirilir.

Son xəbərlər