Ukraynada ölən azərbaycanlının yaxınları AXTARILIR: Qolunda “ANA 81” döyməsi var
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynada ölən azərbaycanlının yaxınları axtarılır.
BAKU.WS xəbər verir ki, bu barədə Lent.az-a açıqlamasında Ukrayna Azərbaycanlıları Radasının (UAR) baş katibi Ceyhun Məmmədov məlumat verib.
O bildirib ki, həmin azərbaycanlı sabah dəfn olunacaq: “Nikolayevdəki nümayəndəmizi morqa dəvət ediblər. Oraya bir azərbaycanlının meyiti gətirilib. Görünür ki, Nikolayevdə yaşayan azərbaycanlı deyil. Yol gedərkən raketin düşməsi nəticəsində həlak olub. Nəticədə onun meyiti tamamilə yanıb və tanınmaz haldadır. Sadəcə sol qolunda “ANA 81” döyməsi var.
C.Məmmədov qeyd edib ki, həmin adamın yaxınları axtarılır: “Kimin yaxını itkin düşübsə, maraqlansın. Biz onu morqda çox saxlaya bilmirik. Nikolayev nümayəndələri sabah onu müsəlmanlar qəbiristanlığında dəfn edəcək”.
Oxşar xəbərlər
Ukraynada silahlı qarşıdurmada daha bir azərbaycanlı öldü
Ukraynanın Nikolayev şəhərinin atəşə tutulması nəticəsində bir azərbaycanlı həlak olub. BAKU.WS xəbər verir ki, bunu Report-a açıqlamasında Ukrayna Azərbaycanlı...