Ukraynada jurnalist faciəli şəkildə həlak oldu - VİDEO

Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, ötən gecə Kiyevdə həyəcan siqnalı qeydə alınmasa da, Donetsk, Xarkov, Zaporojye, Xerson, Dnepropetrovsk və Kirovoqrad vilayətlərində gərginlik müşahidə olunub.
“Ukrayna ordusunun Xerson və Donetskdə həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Baxmut şəhərində bir küçə işğaldan azad edilib. Eyni zamanda Rusiya Silahlı Qüvvələrinə məxsus 72-ci briqadanın 2 rotası məhv edilib”, - deyə jurnalist əlavə edib.
M.Aslanov onu da qeyd edib ki, Frans-Press Agentliyinin operatoru Arman Soldin Donetskdə raket atəşinə məruz qalaraq həlak olub.
Oxşar xəbərlər
"France-Presse"in jurnalisti Baxmutda həlak oldu - FOTO
"Agence France-Presse"in (AFP) jurnalisti Arman Soldin Ukraynanın Donetsk vilayətinin şiddətli döyüşlər getdiyi Baxmut rayonunda həlak olub. BAKU.WS-in xəbərinə...
