Ukraynada hərbi vəziyyət 30 sutka uzadıldı
20
mar
2022
19:09
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna prezidenti Volodimir Zelenski martın 26-dan etibarən ölkədə hərbi vəziyyətin 30 sutka uzadılmasını nəzərdə tutan qanunu imzalayıb.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə məlumat Ukrayna Ali Radasının saytında dərc olunub.
Söhbət Ukrayna prezidentinin “Ukraynada hərbi vəziyyətin müddətinin uzadılması haqqında” fərmanının təsdiq edilməsi haqqında qanundan gedir.
“Bu qanun 26 mart 2022-ci il saat 05:30-dan etibarən Ukraynada hərbi vəziyyəti 30 sutka müddətinə uzadılmasını nəzərdə tutur”, - deyə məlumatda bildirilib.
Oxşar xəbərlər
Zelenski: “Ukrayna Silahlı Qüvvələri iki min rusiyalı hərbçini əsir götürüb”
Ukrayna prezidenti Volodimir Zelenski Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xanla danışıqlar zamanı Ukrayna Silahlı Qüvvələrinin iki min rusiyalı hərb...