Ukraynada həlak olan dinc sakinlərin sayı AÇIQLANDI
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynada Rusiya təcavüzü nəticəsində 2 000-dən çox dinc sakin həlak olub.
BAKU.WS-in məlumatına görə, bu barədə ölkənin Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti (FVDX) feysbukda məlumat paylaşıb.
Məlumatda bildirilib ki, xilasedicilər 150-dən çox insanın həyatını xilas etməyə, düşmənin atəşi nəticəsində yaranan 400-dən çox yanğının aradan qaldırılmasına, 500-dən çox insanın təxliyyə edilməsinə və 416 partlayıcı qurğunun zərərsizləşdirilməsinə nail olublar.
Qeyd edilib ki, tapşırıqları yerinə yetirərkən 10 xilasedici həlak olub, 13 nəfər isə yaralanıb. Bundan əlavə, FVDX-nin məlumatına görə, müharibənin yeddi günü ərzində Rusiya yüzlərlə nəqliyyat infrastrukturu obyektini, evləri, xəstəxanaları və uşaq bağçalarını dağıdıb.
Oxşar xəbərlər
Ukraynada müharibə başlayandan beş uşaq ölüb, daha 33 uşaq yaralanıb
Ukraynda döyüş əməliyyatları başlayandan bugünədək qarşı tərəfin açdığı atəş nəticəsində 5 uşaq ölüb, daha 33 uşaq yaralanıb. BAKU.WS "report"a istinadən xəbər...