Ukraynada daha bir azərbaycanlı həlak oldu - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynada hazırda davam edən müharibədə daha bir soydaşımız həlak olub.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, 44 yaşlı Ağayev Vüqar Nizami oğlu Rusiya ordusunun tərkibində Luqanskda gedən döyüşlər zamanı həyatını itirib.
Vüqar Ağayevin müharibəyə könüllü olaraq qoşulduğu bildirilir.
Məlumata görə, o, 1979-cu il yanvarın 1-i Voronej vilayətinin Nijniy İkorets kəndində anadan olub.
V.Ağayev Rusiyada "İgidliyə görə", "Luqansk Xalq Respublikası"nın medalı, eləcə də qeyri-dövlət "Qara Xaç" mükafatı ilə təltif edilib.
Eyni zamanda, Rusiya Prezidenti Vladimir Putin Ağayevi ölümündən sonra "Şücaət" ordeni ilə təltif edib.
Qalereya
Oxşar xəbərlər
Ukrayna Prezidentinin xüsusi nümayəndəsi: "Rusiya hərbi-siyasi rəhbərliyi atəşkəs qərarında səmimi deyil"
"Atəşin dayandırılması haqqında qərar verən Rusiyanın hərbi-siyasi rəhbərliyinin səmimiliyi barədə danışmaq mümkün deyil". BAKU.WS xəbər verir ki, bunu "report"...