Ukraynada benzin və dizel yanacağının qiyməti ucuzlaşıb

Ukraynada benzin və dizel yanacağının qiyməti ucuzlaşıb
Siyasət 100

Bu gündən etibarən Ukraynada yanacağın qiyməti ucuzlaşır.

BAKU.WS UNİAN-a istinadla xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, dizel yanacağı 5 qrivna (litr üçün 44,90-dan 39,96-dək), benzin isə 7 qrivna (litr üçün 43,52-dən 35,76-dək) ucuzlaşacaq.

Ali Rada yanacağa aksiz vergisinin ləğvi və ƏDV dərəcəsinin 20%-dən 7%-ə endirilməsi haqqında qanun qəbul edib.

Son xəbərlər