Ukraynada azərbaycanlı ailənin meyitləri tapılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynanın Xarkov vilayətinin işğaldan azad edilən Çuquyev rayonu ərazisində azərbaycanlı ailənin meyitləri aşkarlanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, 45 yaşlı Nurullayev Əlişir, onun həyat yoldaşı və az yaşlı uşağının meyitləri tanınmaz halda tapılıb.
Hazırda Xarkov vilayətində yaşayan bir qrup həmyerlimiz azərbaycanlı ailənin meyitlərinin hissələrini oradan toplayaraq uyğun bir yerdə dəfn etməyə çalışırlar.
Qeyd edək ki, azərbaycanlı ailə Rusiya hərbçilərinin bu ərazini işğal etməyə cəhd edən zaman baş verən partlayışlarda həlak olub.
Hər üç meyit ərazi işğaldan azad olunana qədər dəfn edilməmiş qalıb.
Oxşar xəbərlər
Ukraynada müharibədə ölən uşaqların SAYI
Rusiya tərəfindən Ukraynada hərbi əməliyyatlar başlayandan bəri 139 uşaq ölüb. BAKU.WS-in məlumatına görə, bu barədə Ukrayna Baş Prokurorluğu teleqram kanalında...