Ukrayna tərəfi Rusiyanın itkilərini açıqladı: Yeni rəqəmlər

Ukrayna tərəfi Rusiyanın itkilərini açıqladı: Yeni rəqəmlər
Siyasət 80

Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin yeni sayı açıqlanıb.

BAKU.WS-in məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukda məlumat yayıb.

Bildirilib ki, indiyədək 17 200 hərbçi zərərsizləşdirilib.

Həmçinin Rusiya tərəfinin 597 ədəd tankı, 1 710 ədəd zirehli döyüş maşını, 303 ədəd artilleriya sistemi, 96 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 54 hava hücumundan müdafiə sistemi, 127 ədəd hərbi təyyarəsi, 129 ədəd helikopteri, 1 178 ədəd nəqliyyat vasitəsi, 7 ədəd gəmi/kater, 73 ədəd yanacaq çəni, 71 ədəd dronu, 21 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib.

Son xəbərlər