Ukrayna Silahlı Qüvvələrinin Kremennayadan çəkilməsinin SƏBƏBİ
Yeniliklərdən dərhal xəbərdar olun
"Rusiya hərbçilərinin Luqansk vilayətinin Kremennaya şəhərinin mövqelərini atəşə tutması nəticəsində Ukrayna müdafiə qüvələri geri çəkilib. Onlar iki aya yaxın müdafiə xəttini saxlaya biliblər."
BAKU.WS xəbər verir ki, bunu "Kanal 24" telekanalının efirində Luqansk Vilayəti Hərbi Administrasiyasının rəhbəri Sergey Qayday deyib.
"Ukrayna Silahlı Qüvvələrinin qurduğu müdafiə xəttində bir metr belə yaşayış sahəsi qalmayıb. Hər şey tamamilə atəşə tutulub. Düşmən bizim mövqelərimizin harada yerləşdiyini aydın şəkildə anlayıb." - deyə o bildirib.
Ukrayna əsgərləri pozulmuş mövqelərdə qalmağın mənası olmadığından yenidən qruplaşmaq üçün geri çəkiliblər.
Onun sözlərinə görə, indi Ukrayna Silahlı Qüvvələri bir qədər irəlidə dayanıb müdafiəni artıq yeni mövqelərdə saxlayır.
Oxşar xəbərlər
Ukrayna hərbçiləri 2 ərazidə Rusiyanın hücumunu dəf ediblər
Ukrayna hərbçiləri gecə Rubijne və Popasnada Rusiya ordusunun hücumunu dəf ediblər. BAKU.WS xəbər verir ki, bu barədə Luqansk vilayət hərbi administrasiyasının...