Rus ordusu Ukraynanın Kremennaya şəhərinə girdi, küçə döyüşləri başladı

Ukraynanın Luqansk vilayətinin Kremennaya şəhərində küçə döyüşləri başlayıb.
BAKU.WS UNIAN-a istinadən xəbər verir ki, bu barədə Luqansk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Qayday “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, rusiyalı hərbçilər şəhərə giriblər. Onlar şəhərdə güclü müqavimətlə rastlaşıblar.
“Rus hərbçiləri şəhərə giriblər. Nəticədə küçə döyüşləri başlayıb. DİN bildirib ki, əhalini evakuasiya etmək mümkün deyil”, - deyə Sergey Qayday bildirib.
O əlavə olaraq vurğulayıb ki, ruslar Kremennayadakı “Olimp” idman kompleksinə hücum ediblər:“İşğalçıların mərmiləri yerli idman infrastruktur obyektlərinə düşüb. Nəticədə yanğın başlayıb”.
Oxşar xəbərlər
Putin: “Ukraynada baş verənlər faciədir, ancaq başqa seçimimiz yox idi”
“Ukraynada baş verənlər faciədir, lakin Rusiyaya başqa cür hərəkət etmək seçimini qoymadılar”. BAKU.WS Report-a istinadla xəbər verir ki, bunu Rusiya prezidenti...
