Ukrayna Silahlı Qüvvələri Xarkovda daha bir qəsəbəni azad edib

Ukrayna Silahlı Qüvvələri Xarkovda daha bir qəsəbəni azad edib
Siyasət 52

Ukrayna Silahlı Qüvvələri Xarkov yaxınlığındakı daha bir qəsəbəni azad edib.

Report RBC-Ukraina"ya istinadən xəbər verir ki, bunu daxili işlər nazirinin müşaviri Anton Geraşenko sosial şəbəkə hesabında bildirib.

“92-ci briqada Xarkov vilayətində Starıy Saltovla qonşu olan Molodovı qəsəbəsinə nəzarəti bərpa edib”, – Geraşenko qeyd edib.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri bir neçə istiqamətdə əks-hücum əməliyyatı keçirərək Rusiya hərbçilərini Xarkovdan 25 kilometr geriyə sıxışdırıb.

Son xəbərlər