Ukrayna Silahlı Qüvvələri Maryinkada nəzarəti bərpa etdi
19
apr
2022
20:20
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Maryinka bölgəsində əks hücuma keçib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, Ukrayna rayon üzərində nəzarəti tamamilə bərpa edib. Hazırda Xerson vilayətində, Aleksandrovka ərazisində döyüşlər davam edir.
Bundan əvvəl Prezident Ofisinin rəhbərinin müşaviri Oleksiy Arestoviç Rusiya hərbçilərinin aprelin 19-na keçən gecə Ukraynanın şərqini yarıb keçmək cəhdlərinin baş tutmadığını bildirib.
Oxşar xəbərlər
Ukrayna Baş Qərargahı: "Rusiyanın canlı qüvvə itkiləri 20 000-ə çatıb"
Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Ukrayna Silahlı...