Ukrayna səfiri: "Azərbaycana xüsusi təşəkkür edirəm"
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Azərbaycana dəstəyə görə təşəkkür edib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən "Evlərin və gələcəyin bərpası: Xarkovda şəhər dirçəlişi" adlı tədbirdə deyib.
Səfir qeyd edib ki, ölkəsinin münaqişədən əziyyət çəkməsinə baxmayaraq, hazırda bərpa-quruculuq işləri ilə məşğul olurlar:
"Bu gün biz müharibə şəraitində bərpa məsələsini müzakirə edirik, Ukrayna dirçələcək. Bu insanların cəsarəti sayəsində olacaq. Məsələn, Xarkov. Buna görə də Xarkov qəhrəman şəhərdir. Bu gün isə Xarkov və Ukraynanın digər şəhərlərinin bərpası üçün daha çox dəstəyə ehtiyacımız var ki, daha effektiv infrastruktur quraq, infrastrukturu daha sürətli və səmərəli şəkildə, yaxşı istiqamətdə inkişaf etdirək. Buna görə bizə daha çox dəstək lazımdır. Mən göstərilən dəstəyə görə Azərbaycana xüsusi təşəkkür edirəm. Biz anlayırıq ki, biz tək deyilik".
Oxşar xəbərlər
TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb
Ötən gün Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi cənab Ramil Həsən Türk Dövlətləri Təşkil...