Ukrayna rusiyalı oliqarxın mülklərini milliləşdirib
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna sanksiyalara məruz qalan rusiyalı oliqarx Oleq Deripaskanın mülklərini milliləşdirib.
BAKU.WS Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu və Təhlükəsizlik Xidməti məlumat yayıb.
Ukraynanın baş prokuroru Andrey Kostinin sözlərinə görə, ümumilikdə 350 mülk milliləşdirilib.
Onların arasında zavod və karxanaların, dəniz limanı kompleksinin, mənzillərin, inzibati binaların, istehsal emalatxanalarının, nəqliyyat vasitələrinin və xüsusi avadanlıqların, habelə pul vəsaitlərinin korporativ hüquqları xüsusi yer tutur.
"O, Rusiya Federasiyasının törətdiyi hərbi cinayətlərdə - dinc əhalinin öldürülməsində və Ukrayna şəhərlərinin dağıdılmasında birbaşa iştirak edib. Çünki Rusiya hərbi sənaye kompleksini xammalla təmin edənlər sırasında məhz onun holdinqi var", - deyə Kostin bildirib.
Məlumata görə, Deripaskanın aktivlərinin ümumi dəyəri 10 milyard qrivnadan (270,7 milyon dollardan çox) çoxdur.
Qeyd edək ki, Oleq Deripaska Rusiya prezidenti Vladimir Putinə yaxın olan rusiyalı milyarderdir. Deripaska, həmçinin Rusiyada zirehli maşınların istehsalına nəzarət edən hərbi-sənaye şirkətinin sahibidir.
Oxşar xəbərlər
Dünyanın ən zəngin ailələrinin adları açıqlandı - SİYAHI
Dünyanın ən böyük topdan və pərakəndə satış şəbəkəsi “Walmart”ın sahibi olan Uolton ailəsi dördüncü ildir ki, “Bloomberg”in dünyanın ən zəngin ailələri siyahısı...