Ukrayna Rusiya əsirliyindən 95 müdafiəçini geri qaytarıb

Ukrayna Rusiya əsirliyindən 95 müdafiəçini geri qaytarıb
Siyasət 63

Ukrayna və Rusiya növbəti dəfə əsir mübadiləsi həyata keçirib.

BAKU.WS xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak teleqram kanalında yazıb.

Onun sözlərinə görə, Mariupoldan, Çernobıl AES-dən, İlan adasından, Baxmutdan əsir düşənlər, həmçinin Azovstalın müdafiəçiləri vətənə qayıdıblar.

"Biz 95 nəfərimizi Vətənə qaytarırıq. Siyahıya Ukrayna Silahlı Qüvvələrinin, Milli Qvardiyanın hərbçiləri, eləcə də sərhədçilər daxildir. Onların arasında 93 sıravi və çavuş və iki zabit var", - o qeyd edib.

Son xəbərlər