Ukrayna Prezident Ofisi: "Bundan sonra münaqişə dondurulmayacaq"
09
sen
2022
13:45
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Ukrayna ordusunun son günlər genişlənən əks-hücum əməliyyatlarını şərh edib.
BAKU.WS Report-a istinadla xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb.
“Beləliklə, Ukrayna öz ərazilərini işğaldan azad etmək qabiliyyətini sübut etdi. İkincisi, biz Qərb silahlarından səmərəli istifadə etdiyimizi göstərdik. Bundan sonra münaqişənin dondurulması prosesi olmayacaq”, - M.Podolyak bildirib.
Müşavir qeyd edib ki, Rusiya qoşunları Ukrayna ərazisindən çıxmalıdır.
Oxşar xəbərlər
Podolyak: “Ukrayna öz taxılının ehtiyacı olan ölkələrə çatdırılması üçün əlindən gələni edəcək”
Ukrayna öz taxılının ehtiyacı olan ölkələrə çatdırılması üçün əlindən gələni etməkdə davam edəcək”. BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu Şərqi Avrop...